İyulun 31-də Artsax Prezidenti Arayik Harutyunyan Ermənistanın İctimai Televiziyası, “Yaşayan Artsax” Fondunun və “Artsaxda 100 ev” layihəsinin bir qrup nümayəndələrini qəbul edib.
Ölkə başçısı ötən gün Askeran rayonunun Dahrav kəndində istifadəyə verilmiş 6 fərdi yaşayış evinə görə görüş iştirakçılarına minnətdarlığını bildirib və qeyd edib ki, köçkün ailələri üçün başlanmış proqram təkcə sosial problemlərin həlli baxımından deyil, həm də Artsaxın erməniliyini qoruyub saxlamaq üçün uzunmüddətli strategiya kontekstində vacibdir.
Prezident Harutyunyanın sözlərinə görə, hökumət gələcək işlərdə də fəal iştirak etməyə davam edəcək, çünki mənzil tikintisi yaxın illərdə Artsaxın prioritet məsələlərindən biridir.
Görüşdə Artsaxın dövlət naziri Artak Beglaryan, şəhərsalma naziri Aram Sargsyan və digər rəsmi şəxslər iştirak ediblər.