Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində Ermənistan-Azərbaycan münasibətlərinə, Artsax məsələsinə də toxunub. Armen Qriqoryan qeyd etdi ki, delimitasiya komissiyasının iclası avqustun ikinci yarısında keçiriləcək.
Komunikasiyaların açılmasının həllinin geciklənməsində Azərbaycan tərəfinin Ermənistana olan ittihamlara dair suala cavab olaraq Armen Qriqoryan qeyd etdi ki, erməni tərəfi həm iyunda, həm də iyulda ikinci görüşə hazır idi.
"Ermənistan tərəfi iyun və iyul aylarında keçiriləcək ikinci görüşə hazır idi. Biz dəfələrlə regional kommunikasiyaların açılmasına hazır olduğumuzu bəyan etmişik”,- Armen Qriqroyan qeyd etdi.
Təhlükəsizlik Şurasının katibi Artsax statusuna gəlincə qeyd etdi ki, Artsax bizim üçün ərazi məsələ deyildir. Baş nazir Paşinyan Parlamentdəki çıxışlarının birində Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyasını deyib. İndi biz bu variantı fəal şəkildə müzakirə etməli və necə davam edəcəyimizə qərar verməliyik.
Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsinə beynəlxalq təminat var ki, bu da Rusiya Federasiyasının sülhməramlı qoşunlarının orada olmasıdır. Biz bu zəmanətin daha da təkmilləşdirilməsi üzərində işləməliyik, lakin Qarabağ probleminin demilitarizasiyası vacib ideyadır".