“Bir sıra ölkələr, o cümlədən Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusunun alınmasında maraqlıdır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
“Müşahidəçi, dialoq üzrə tərəfdaş statusuna hələ də bir sıra iddiaçılar var. Bir sıra ərəb ölkələri, Azərbaycan, Ermənistan, bir sıra Asiya ölkələri buna maraq göstərir. Sammitə qədər xarici siyasət idarələri səviyyəsində məsləhətləşmələr davam etdiriləcək. Əminəm ki, biz müvafiq tövsiyələri dövlət başçılarına çatdıra biləcəyik”, - S.Lavrov bildirib.