İyulun 28-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda işgüzar səfərdə olan BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti, Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid ilə görüşüb.
Tərəflər davamlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində BMT ilə Ermənistan arasında əməkdaşlığa xüsusi əhəmiyyət verib.
Ararat Mirzoyan qeyd etdi ki, Ermənistan BMT-nin İnsan Hüquqları Şurasının üzvü olmaqla insan hüquqlarının müdafiəsi ilə bağlı qlobal gündəliyin təşviqinə sadiqdir.
Tərəflər regional təhlükəsizlik və sülhlə bağlı məsələlərə də toxunbular. Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Artsaxa qarşı başlatdığı 44 günlük müharibə nəticəsində yaranan humanitar məsələlərə toxunub. Nazir erməni hərbi əsirlərin vətənə qaytarılması məsələsi, eləcə də Azərbaycanın nəzarətinə keçmiş Artsaxın ərazilərində erməni mədəni irsinin qorunmasının vacibliyini vurğuladı.
XİN başçısı Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq öhdəliyini bir daha təsdiqləyib. Nazir bildirdi ki, ATƏT Minsk qrupu beynəlxalq mandata malik yeganə formatdır və onun çərçivəsində Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və bütün hüquqlarının müdafiəsi məsələləri həll edilə bilər.