ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa töhfə vermək istəyir. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.
“Cənubi Qafqazda regional nəqliyyat əlaqələrinin yaxşılaşdırılması regional iqtisadi artım perspektivlərinə müsbət təsir göstərə və Ermənistanla Azərbaycan arasında hərtərəfli sülhə şərait yarada bilər”, - Dövlət Departamenti vurğulayıb.