İyulun 28-də saat 11:45 radələrində Azərbaycan tərəfi Artsax Respublikasının Martuni rayonunun Tağavard və Karmir Şuka icmaları istiqamətində atəş açıb. Bu barədə Artsax Ombudsmanı Geğam Stepanyan öz “Facebook” səhifəsində yazıb.
“Atışmalar 20 dəqiqəyə yaxın davam edib, nəticədə güllələr icmaların yaşayış məntəqələrinə düşüb. Bu dəqiqələrdə əldə edilən məlumata görə, Kərmir Şuka icmasının sakinlərindən birinə məxsus evin pəncərəsi sındırılıb, həmin evin həyətindən 8 ədəd atıcı silah gülləsi aşkar edilib.
Mülki əhali arasında itki yoxdur. Azərbaycan tərəfinin aqressiv davranışı Artsax icmalarında normal həyatı pozmaq və dinc əhalini terror etmək məqsədi daşıyır. Bu davranış onu göstərir ki, Azərbaycan rəhbərliyi Artsax xalqına qarşı nifrət, psixoloji və fiziki zorakılığın təbliği, Artsaxda etnik təmizləmə siyasətini davam etdirir.
Hətta Artsax xalqının hüquqlarının qəsdən pozulmasına səbəb olan hərəkətlərdə qısamüddətli fasilələr və yalançı pasifizm nümayişi Azərbaycanın təqdim etdiyi tamaşanın taktiki hissəsidir və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün məqsədyönlü və uydurma davranışdır.
Vasitəçilər və beynəlxalq təşkilatlar, eləcə də Artsaxda yerləşdirilmiş sülhməramlılar üçün Azərbaycan tərəfinin real məqsəd və istəkləri daha aydın olmalıdır və ona görə, Azərbaycanın beynəlxalq ictimaiyyətin gözünə toz sovurması ilə bağlı istənilən hərəkəti real qiymət və etirazını almalıdır.
Azərbaycan hakimiyyətinin həm əvvəllər, həm də bu günki cinayətkar davranışları heç bir dəyişikliyə məruz qalmayıb və eyni antierməni və soyqırımı məqsədlərini güdməkdə davam edir”- deyə o yazıb.