İranın İsfahan şəhərində tədqiqat reaktorunun tikintisi rəsmi olaraq başlayacaq. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, layihə tamamilə yerli mütəxəssislərin səyi ilə baş tutacaq.
İran İslam Respublikasının nüvə proqramlarının irəliləyişi ilə bağlı əsas məsələ yerli elektrik stansiyalarının gücünü artırmaqdır: “Davamlı nüvə enerjisi istehsalı 1000 meqavata bərabərdir və biz 2000 meqavat nüvə enerjisi istehsal edirik və 10 000 meqavat yeni nüvə enerjisi istehsal etməyi planlaşdırırıq.
İran kifayət qədər elmi, sənaye və texnoloji imkanlara malikdir. Xoşbəxtlikdən ölkədə 10 000 meqavatlıq nüvə enerjisi istehsalı proqramına dəstək verə biləcək böyük şirkətlər var və biz də İranın Atom Enerjisi Təşkilatının proqramında iştirak edən istənilən şirkət və qurumu dəstəkləyirik”.