Türkiyənin “Baykar” şirkəti “Bayraktar” pilotsuz uçan aparatını Ukraynaya pulsuz təhvil verəcək, Polşada toplanan pullar isə humanitar məqsədlər üçün istifadə olunacaq.
Bu barədə Polşada pul yığımının təşəbbüskarı, jurnalist Slavomir Serakovski “Baykar” şirkətinin direktorlar şurasının məktubunu dərc edərək bildirib.
“Biz bu həmrəylik jestinin bir hissəsi olmaq istəyirik. Biz “Bayraktar” TB2 pilotsuz uçuş aparatını ukraynalılara təhvil verəcəyik ki, onlar öz vətənlərini ən yaxşı şəkildə qoruya bilsinlər”, - məktubda deyilir.
Polşada toplanan 22,5 milyon zloti Ukrayna cəmiyyətinə humanitar yardım kimi istifadə olunacaq.