“Gürcüstan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyərini 3 milyard ABŞ dollarına çatdırmaq niyyətindəyik”.
Bunu Gürcüstanın XİN başçısı İlya Darçiaşvili deyib.
Onun sözlərinə görə, bu göstəricinin tezlikllə əldə olunacağı gözlənilir: “Bu prosesə kömək məqsədilə və ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığı maksimum sadələşdirmək üçün həm xarici işlər nazirlikləri, həm də digər dövlət orqanları bir-biri ilə fəal əməkdaşlıq edir”.
XİN başçısı qeyd edib ki, Gürcüstan bazarının Türkiyənin özəl sektoru və sərmayələri üçün cəlbediciliyinin artırılması istiqamətində də müvafiq dəstək tədbirləri həyata keçirilir.