İyulun 27-də Ermənistanın Rusiyadakı səfirliyində admiral İvan İsakovun şəxsi əşyalarının təntənəli şəkildə təhvil verilməsi mərasimi keçirilib. Şəxsi əşyalar ER Müdafiə Nazirliyinin “Ana Ermənistan” muzeyində olacaq.
Tədbirdə ER Müdafiə Nazirliyinin, RF XİN, Moskvadakı Qələbə və Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Muzeylərinin, Samara Qarnizonu nümayəndələri, diplomatlar iştirak ediblər.
ER-ın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vağarşak Harutyunyan Dmitri Xmelyova minnətdarlığını bildirərək, Ermənistan və Rusiya xalqlarının görkəmli şəxsiyyətlərinin və qəhrəmanlarının xatirəsinin qorunmasının vacibliyini vurğuladı.
Tədbirdə ER səfirliyinin hərbi attaşesi, general-mayor Armen Lalayan, Dmitri Xmelyov, Rusiya Elmlər Akademiyasının akademiki, vitse-admiral Aşot Sarkisov və Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, birinci dərəcəli kapitan Valeri Lapin də çıxış ediblər.