ABŞ-ın Dövlət katibi Antoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır.
“Yaxın günlərdə Rusiyanın xarici işlər naziri ilə danışıq aparacağım vaxtı gözləyirəm” – deyə Blinken qeyd edib.
Diplomat qeyd edib ki, görüşdə Ukrayna taxılı və Rusiyada məhkəməsi davam edən ABŞ vətəndaşlarının azad edilıməsi məsələləri müzakirə ediləcək.