Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik hücumu pisləyib: “BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililələrə və avtomobillərə ziyan dəyib.