Avqustun 5-də Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. Bu barədə məlumatı Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Tərəflərin Ukraynadakı vəziyyəti və ərzaq sövdələşməsi ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.
İki ölkə liderləri arasında əvvəlki danışıqlar iyulun 19-da Tehranda, Astana sammiti çərçivəsində baş tutub.