Baş nazirin müavini Hambardzum Matevosyan bu gün BMT Baş Assambleyasının sədri Abdulla Şahidi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə ER baş nazirinin müavininin ofisi məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan-BMT tərəfdaşlığına toxunublar.
Ermənistan baş nazirinin müavini və BMT Baş Assambleyasının sədri regionda sülh və təhlükəsizliyin qorunmasının və insan hüquqlarının aliliyinin vacibliyini vurğulayıblar.
Bu kontekstdə Abdulla Şahid Ermənistanın regionda sabitlik və təhlükəsizliyin yaradılması istiqamətində göstərdiyi səyləri alqışlayıb.
Görüş zamanı baş nazirin müavini, həmçinin Dağlıq Qarabağda humanitar ehtiyacların həllində BMT-nin iştirakının zəruriliyinə, daha sonra isə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın yeganə beynəlxalq səlahiyyətli vasitəçilik formatı olan ATƏT-in Minsk qrupunun həmsədrliyinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduğunu vurğulayıb.