Praqada işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 26-da Ermənistanın Çexiyadakı səfirliyində Ermənistan-Çexiya münasibətlərinə həsr olunmuş görüşdə iştirak edib.
Bu barədə ER XİN mətbuat katibinin məlumat verib.
Çexiya tərəfdən görüşdə Deputatlar Palatasının sədr müavini Yan Bartoşek, Deputatlar Palatasının Təhlükəsizlik Komitəsinin sədri Pavel Jaçek, Senatın Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Pavel Fişer, Senatda Avropa İttifaqının Əlaqələr Komitəsinin sədri David Smolyak və xarici işlər nazirinin müavini Yaroslav Kurfürst iştirak ediblər.