ABŞ Ermənistan və Azərbaycanla regionun blokadadan çıxarlması məsələsində texniki dəstəyin göstərilməsi imkanlarını müzakirə edir. Bunu “Azatutyun”a müsahibəsində Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Lin Treysi qeyd etdi.
“Və biz buna diqqət yetirməyə hazırıq. Yalnız ABŞ-dan deyil, Avropa İttifaqındakı tərəfdaşlarımız, digərləri da bunda iştirak edir. Mən hesab edirəm ki, bu, bu sürəti saxlamaqda və bunların mürəkkəb məsələlər olduğunu və həll yollarının asan olmayacağını başa düşməkdə çox faydalıdır”,- deyə səfir vurğuladı.
Səfir bildirdi ki, Ermənistan və Azərbaycan hökumətləri ilə müzakirə etdikləri bəzi texniki dəstək, bəzi texniki qiymətləndirmələrdir ki, bu da regionda nəqliyyat əlaqələrinin açılmasına kömək edəcək.