Rusiya Müdafiə Nazirliyi İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin təmsil olunduğu Ukrayna taxılının ixracı üzrə birgə koordinasiya mərkəzinin işə başladığını bildirib.
"Rusiya mütəxəssislərinin əsas məqsədi taxıl dəhlizinin işə salınması ilə bağlı əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üçün bütün problemləri mümkün qədər tez həll etməkdir", - deyə məlumatda qeyd olunub.
Daha əvvəl BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Hak məlumat vermişdi ki, Ukraynadan taxıl ixracına dair razılaşmalar çərçivəsində gəmilərin hərəkəti bir neçə gündən başlaya bilər.