Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-ABŞ ikitərəfli gündəliyi, eləcə də regionun təhlükəsizliyi və sabitliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər xüsusən Ermənistan-Azərbaycan sülh danışıqları, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı məsələləri müzakirə etdilər.
Dövlət katibi Blinken ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın qeyd olunan bütün məsələlərin həllinə dəstək verməyə hazır olduğunu bildirib.
Baş nazir Paşinyan sülh gündəminə sadiqliyini bir daha təsdiqləyib.
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərində baş verən prosesləri də müzakirə ediblər. Dövlət katibi iyulun 11-də Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında telefon danışığını alqışlayıb.
ER baş naziri və ABŞ dövlət katibi Ermənistan və ABŞ arasında yüksək səviyyəli təmaslardan məmnun olduqlarını bildiriblər və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.