ER-nin maliyyə naziri Tigran Xaçatryan bu gün Amerika Birləşmiş Ştatlarının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir qonaqlara hökumətin 5 illik planının prioritetlərini və Maliyyə Nazirliyinin fiskal siyasət gündəliyini təqdim edib.
ABŞ səfiri Lin Treysi nazirə Amerika tərəfinin həm qısamüddətli proqramların, həm də uzunmüddətli strateji islahatların həyata keçirilməsinə dəstəyi davam etdirməyə hazır olduğunu bildirib.
Görüş zamanı həmsöhbətlər Ermənistanda əlverişli investisiya mühitinin yaradılması imkanları və Ermənistan-Amerika əməkdaşlığının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.