Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev görüşə bilər. Bunu ATƏT PA-da ER Parlamentinin nümayəndəliyinin mətbuat konfransında Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı sualı cavablandıran ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan deyib.
“Xarici işlər nazirlərinin görüşünə və digər mümkün görüşlərə gəlincə, bilirsiniz ki, son vaxtlar diplomatik sektorda kifayət qədər aktiv fəaliyyət aparılır, görüşlər kifayət qədər tez-tez və müxtəlif formatlarda keçirilir. Bəli, bildiyimə görə, danışıqlar da gedir ki, müəyyən müddətdən sonra ölkə rəhbərləri arasında görüş keçirilməlidir”, - deyə o qeyd edərək əlavə edib ki, konkret tarixlər deyə bilməyəcək.