ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Frenk Palon özünün “Twitter” mikrobloqunda dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıqlarına toxunub.
“Yaxşıdır ki, dövlət katibi Blinken Cənubi Qafqaz hadisələrində iştirak edir və Azərbaycan tərəfindən qeyri-qanuni saxlanılan erməni əsirlərin dərhal azad edilməsinə çağırır” – deyə Palon yazıb.
Konqresmenin fikrincə, Birləşmiş Ştatlar Azərbaycan qoşunlarının sərhədyanı rayonlardan çıxarılmasında israrlı olmalıdır ki, bu da sülh prosesinə kömək edəcək.