Türkiyənin Ermənistanla danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıç Karsın Akyak bölgəsində - Türkiyə-Ermənistan sərhədində olub.
Bu barədə GazeteKars məlumat yayıb. Qeyd olunur ki, səfərin məqsədi və təfərrüatı açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Akyak rayonunun İbiş kəndi yaxınlığında 20 gündür minatəmizləmə işlərinin aparıldığı barədə məlumat yayılmışdı.