Avropa Yayım Birliyi (EBU) və BBC təsdiq ediblər ki, 2023-cü ildə “Avroviziya” mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək.
Təşkilat yarış iştirakçılarının, əməkdaşların və təşkilatçıların təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən məsuliyyəti nəzərə alaraq, bu qərarı verib. EBU ev sahibi ölkədə müvafiq şəraitin təmin edilməsi istiqamətində işlərin dərhal başlamalı olduğunu vurğulayıb.
Bununla bağlı Britaniyanın Baş naziri Boris Conson "Facebook"da bildirib: "Keçən həftə prezident Zelenski ilə razılaşdıq ki, "Avroviziya 2023" harada keçirilirsə keçirilsin, o, Ukraynanı və xalqını təmsil etməlidir. İndi ev sahibi olduğumuza görə, Böyük Britaniya bu öhdəliyi birbaşa yerinə yetirəcək və ukraynalı dostlarımız adından fantastik yarışma keçirəcək”.