Statistika Komitəsi 6 aylıq iqtisadi aktivlik göstəricisini açıqlayıb.
Ermənistan iqtisadiyyatı bu ilin yanvar-iyun aylarında 11,8 faizlik ikirəqəmli artım qeydə alıb.
Kənd təsərrüfatı istisna olmaqla, bütün sahələrdə artım var.
Xarici ticarətin həcmi 44 faiz artıb, o cümlədən ixrac 36,3 faiz, idxal 48,7 faiz artıb.
Sənaye məhsulunun həcmi 5,8 faiz, xidmətlərin həcmi 26,9 faiz, ticarət dövriyyəsi 10,7 faiz, tikinti 12,7 faiz artıb.
Elektrik enerjisi istehsalı da 14,8 faiz artıb. İstehlak inflyasiyası 8,1 faiz, sənaye məhsulu inflyasiyası isə 7,8 faiz təşkil edib.