Nikol Paşinayn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sizi İnqilabın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Fəxr hissi ilə deyə bilərik ki, Ermənistanla Misir arasındakı münasibətlər sıx tarixi əlaqələrə əsaslanan dostluq və böyük inkişaf potensialı ilə dərqlənir.
Əminəm ki, birgə iş sayəsində biz Ermənistan-Misir münasibətlərini yeni səviyyəyə qaldıracağıq, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyini genişləndirəcəyik.
Ermənistan Yaxın Şərqin sabitliyində çox maraqlıdır və Misirin regionun təhlükəsizliyinin möhkəmləndirilməsində və terrorizmlə mübarizədə müsbət rolunu yüksək qiymətləndirir.
Sizə cansağlığı və yeni uğurlar, dost Misir xalqına sülh və firavanlıq dilayirəm”.