Iran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Məsələləri Komitəsinin sədri Şəhriyar Heydəri Ermənistan-İran sərhədi ilə bağlı bəyanat yaydı. O vurğuladı ki, Ermənistan və İranın Türkiyənin məsləhətinə ehtiyacı yoxdur.
"Ruhani liderin dediyi kimi, İran İslam Respublikası İran və Ermənistan sərhədinin bağlanmasına icazə verməyəcək", - Heydəri vurğulayıb.
Ermənistan Respublikasının strateji mövqeyinə toxunan iranlı deputat qeyd etdi ki, bu Ermənistan üçün çoxlu problemlər yaratdı, bunlardan biri də Azərbaycanla Dağlıq Qarabağ münaqişəsidir. Lakin Şəhriyar Heydərinin fikrincə, bu məsələ ciddi şəkildə və diplomatiya yolu ilə həll edilməlidir.
“İran həmişə hesab edib ki, iki ölkə məsələni siyasi yolla həll etməlidir. Bəzi bölgədənkənar qüvvələr İranı kənara çıxarmaq üçün Ermənistan ərazisindən Naxçıvana gedən dəhliz yaratmaq istəyirlər, lakin Ermənistan və İran vurğulayır ki, region ölkələrinin ərazi bütövlüyü qorunmalıdır.
Bizim Ermənistanla 47 km ümumi sərhədimiz var və biz heç bir şəkildə həmin sərhədlərin zədələnməsinə imkan verməyəcəyik. İran və Ermənistan sərhədi həmişə təhlükəsiz olub, hər iki ölkə onun təhlükəsizliy üçün çalışır. Biz hər hansı üçüncü tərəfin, məsələn Türkiyənin məsləhətinə ehtiyacımız yoxdur”,- deyə deputat vurğuladı.