Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister Yerevanda səfərin zamanı Azərbaycan tərəfindən törədilən mədəni soyqırımna toxunub.
“Avropa Parlamenti bu yaxınlarda Dağlıq Qarabağda və onun ətrafında erməni irsinin məhf edilməsini və inkarını pisləyən qətnamə qəbul edib. Bu, çox həssas məsələdir, lakin həll edilməlidir və bu qətnamə Avropa Parlamentinin əksəriyyəti tərəfindən qəbul edilib.
Biz Bakıda olduğumuz zaman bizə qarşı tənqidlər eşitdik, lakin Avropa Parlamentinin üçüncü ölkələrlə bağlı qətnamələr qəbul etmək ənənəsi var və biz bunu etdik, alqışlanmasından və ya tənqid olunmasından asılı olmayaraq bunu davam etdirəcəyik”,- deyə Makallister qeyd etdi.