Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya Rusiyaya dost olmayan dövlətlər siyahısına daxil edilib.
Bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hökumət Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost addımlar atan xarici dövlətlərin siyahısını yeniləyib. Siyahıya Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya daxil edilib.