İyulun 20-21-də Silahlı Qüvvələrin N saylı hərbi birləşmənin hərbi hissələrində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı kompleks təlimlər keçirilib.
Hərbi qulluqçulara silah-sursat və hərbi texnikanın tətbiqi, rabitə vasitələrinin və partlayıcı maddələrin təhlükəsiz saxlanması və istifadəsi, habelə ilkin tibbi yardımın təşkili qaydaları təqdim olunub.