İyulun 22-də vəkil Osman Kazımov Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında iyulun 20-də 30 gün müddətinə həbs edilmiş Müsavat Partiyasının fəalı Əziz Məmiyevlə görüşüb.
Kazımovun Turan Agentliyinə verdiyi məlumata görə, fəal saxlanıldığı vaxt və polis bölməsinə gətirilərkən fiziki təzyiqlə üzləşdiyini bildirib.
O, məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini qeyd edib.
Məmiyev iyulun 20-də quru sərhədlərin açılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb. O, məhkəmənin qərarı ilə polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilib.