Baş nazir Nikol Paşinyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Deyvid Mkalister başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazir Avropa Parlamenti ilə sıx əməkdaşlığı vurğulayıb və qeyd edib ki, Avropa İttifaqı Ermənistanın demokratik gündəliyinin səmərəli həyata keçirilməsi üçün ən mühüm tərəfdaşlardan biridir. Hökumət başçısı “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı xüsusi vurğulayıb.
Həmsöhbətlər Cənubi Qafqaz regionunda baş verən proseslərə, Dağlıq Qarabağ ətrafındakı vəziyyətə, regional infrastrukturların blokdan çıxarılması, Ermənistanla Azərbaycan arasında delimitasiyanın imkanlarına toxunublar. Baş nazir Paşinyan Ermənistan tərəfinin yuxarıda qeyd olunan istiqamətdə mövqelərini ətraflı təqdim edib və AP nümayəndə heyətinin suallarını cavablandırıb.
Həmsöhbətlər regional sülhün və sabitliyin təmin edilməsinin, bu istiqamətdə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nikol Paşinyan bu günə qədər Azərbaycanda saxlanılan erməni hərbi əsirlərlə bağlı məsələyə toxunub, bununla bağlı Deyvid Mkalister qeyd edib ki, Avropa Parlamenti də onların Azərbaycan tərəfindən qaytarılmasına önəm verir və bu istiqamətdə səylərini davam etdirəcək.
Azərbaycanın nəzarətinə altına keçən ərazilərdə erməni mədəni irsinin qorunması ilə bağlı məsələlər də müzakirə olunub.
Nikol Paşinyan və Deyvid Mkalister UNESCO missiyasının Dağlıq Qarabağ münaqişə zonasına çıxışının təmin edilməsinin və bu məqsədlə ardıcıl işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.