20 iyul 2022-ci il tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb.