“Biz Türkiyə olaraq Cənubi Qafqazda sülh istəyirik”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.
“Hələlik Ermənistandan konkret addım görməmişik. Artıq Ermənistan rəhbərliyinin sülh üçün müsbət addımları atması lazımdır. Sadəcə çıxışlarla bəs etmir”, - XİN başçısı bildirib.