Rusiyadan qızılın idxalına sanksiya tətbiq edən Böyük Britaniya bu ölkədən kömür, kömür məhsulları və neftin birbaşa və ya dolayı yolla alışına və gətirilməsinə də qadağa qoyacaq.
Bu barədə Birləşmiş Krallığın hökumətinin bəyanatında deyilir.
“Qızıl idxalına qadağa iyulun 21-i qüvvəyə minir. Kömür idxalına qadağa 2022-ci il avqustun 10-u, neft idxalına qadağa 2022-ci il dekabrın 31-i qüvvəyə minəcək”, - məlumatda deyilir.
Bundan başqa, rəsmi London Rusiya şirkətlərinə müvafiq texniki dəstək, maliyyə və broker xidmətlərinin göstərilməsini qadağan edib.