Britaniya Ukraynaya 1600-dən çox tank əleyhinə silah və çoxlu sayda artilleriya silahı tədarük edəcək. Bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
O qeyd edib ki, Britaniya Ukraynanı, həmçinin, batareyaya qarşı radar sistemləri, yüzlərlə dron və 50 mindən çox patron ilə təmin edəcək.
Qeyd edək ki, Boris Conson ötən ay Ukraynaya 1 milyard funt-sterlinq (1,2 milyard dollar) hərbi dəstək vəd edib.