İyulun 20-də Ermənistanın müdafiə naziri Suren Papikyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşayiəti ilə ordunun ikinci hərbi birləşməsinə baş çəkib.
Müdafiə naziri hərbi birləşmənin hərbi hissələrində gəzib, arxa təminatın işi, qoşunların döyüş hazırlığı prosesi ilə tanış olub.
Suren Papikyan hərbi birləşmənin komandanlığı ilə şəxsi heyətin döyüş qabiliyyətinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və hərbi hissələrin tikinti şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra məsələləri müzakirə edib.
Sonra müdafiə naziri şərq sərhəd zonasına baş çəkib, döyüş mövqelərini gəzib. Müdafiə naziri əmin edib ki, cəbhə bölgəsinin təhlükəsizliyi ilə bağlı bütün məsələlər lazımi qaydada araşdırılaraq öz həllini tapacaq.