İyulun 20-də ER parlamentinin sədri Alen Simonyan Bundestaqın sədr müavini Katrin Herinq-Ekhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər Ermənistan və Almaniya arasında dostluq münasibətlərinin sabit inkişafına və parlamentlərarası əməkdaşlığın dərinləşməsinə böyük əhəmiyyət veriblər.
“Almaniya Aİ ölkələri arasında Ermənistanın ən böyük ticarət və iqtisadi tərəfdaşıdır. Biz həmçinin Almaniyanın Ermənistanın demokratik gündəminə verdiyi dəstəyi yüksək qiymətləndiririk”, - deyə Alen Simonyan bildirib.
Görüşdə müharibədən sonrakı vəziyyət və regionda davamlı sülhün bərqərar olunması ilə bağlı məsələlər də müzakirə olunub. Simonyan qeyd edib ki, Ermənistan regionda sülh dövrünün açılması gündəmini irəli sürür və həm regional infrastrukturların və nəqliyyat yollarının açılması, həm də sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi istiqamətində səylər göstərir.
Katrin Herinq-Ekhardt regionda baş verən hadisələri diqqətlə izlədiklərini bildirib və münaqişələrin həllinin effektiv yolunun sülh danışıqların olduğuna inandığını bildirib.