İyulun 19-da Polşada rəsmi səfərdə olan ER xarici işlər naziri Ararat Mirzoyan bu ölkənin baş nazirinin müavini Yatsek Saşin ilə görüşüb.
ER XİN rəhbəri qeyd edib ki, Polşa Ermənistanın mühüm Avropa tərəfdaşlarından biridir.
Ararat Mirzoyan və Yatsek Saşin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Nazir Mirzoyan qeyd edib ki, 2018-ci ildən Ermənistan hökuməti korrupsiyaya qarşı mübarizəyə başlayıb, eləcə də biznes mühitinin yaxşılaşdırılması istiqamətində geniş islahatlar həyata keçirilib və bu, xarici investorlar üçün yaxşı imkanlar yaradır.
Ermənistan-Polşa iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın birgə proqramların müzakirəsi və praktiki addımların müəyyənləşdirilməsi üçün səmərəli platforma kimi rolu vurğulanıb. Bu kontekstdə həmsöhbətlər biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini və konfransların keçirilməsini də vurğulayıblar.
Görüşdə nazir Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı Ermənistan tərəfinin də mövqeyini təqdim edib.