İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdullahiyan Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel ilə sanksiyaların ləğvi, regional və beynəlxalq məsələləri müzakirə edib.
İran XİN başçısı qeyd etdi ki, yaxşı, güclü və davamlı saziş əldə etmək üçün İran iradə nümayiş etdirir.
H.Əmirabdullahiyan bildirib ki, Ağ ev öz tamahkarlığından və şübhələrindən əl çəkməlidir və sazişin əldə olunması üçün addım atmalıdır.
“ABŞ öz uğursuz addımlarından, təzyiq və sanksiya vasitəsindən əl çəkməlidir”,- XİN başçısı qeyd etdi.