Rusiya Prezidenti Vladimir Putin bu gün İrana səfər edəcək.
Rusiya Prezidenti Suriya üzrə Astana prosesinin təminatçısı olan dövlət başçılarının (Rusiya, İran, Türkiyə) sammiti üçün Tehran şəhərinə gedəcək.
Sammit çərçivəsində Rusiya lideri iranlı və türkiyəli həmkarları ilə ikitərəfli danışıqlar aparacaq, həmçinin İranın Ali Rəhbəri Əli Xamenei ilə görüşəcək.