Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
"Anadolu" agentliyi yazır ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Bildirilib ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.