İranın ali rəhbəri Əli Xamenei Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
ISNA agentliyinin məlumatına görə, bu barədə Xamenei bildirib. “Əlbəttə, əgər İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı olacaq, çünki bu sərhəd minilliklər yaşı olan kommunikasiya yoludur”.
İranın dini rəhbəri həmçinin Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb: “Suriyanın şimalında istənilən hərbi hücum terrorçuların xeyrinə olacaq və Türkiyə, Suriya və bütün regionun zərərinə olacaq”.