Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşündən sonra açıqlama verib.
Ararat Mirzoyanın sözlərincə, müzakirələr zamanı Ermənistan və Polşa arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunulub.
Onun sözlərincə, müzakirələrin əsasını regional sabitlik və təhlükəsizliklə bağlı bir sıra məsələlər təşkil edib və ER XİN rəhbəri Rauya regional sülhün və sabitliyin bərqərar olmasına yönəlmiş proseslərlə bağlı Ermənistanın mövqeyini ətraflı təqdim edib.
“Mən Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həllinə və Azərbaycanla münasibətlərin nizamlanmasına yönəlmiş sülh prosesinin təşviqində ATƏT-in Minsk qrupunun həmsədrliyinin əsas rolunu vurğulamışam.
Təəssüflə bildirirəm ki, Ermənistanın göstərdiyi səylərə baxmayaraq, biz Azərbaycanın regional sabitliyi və sülhü pozmağa yönəlmiş hərbi və təəssübkeş bəyanatları ilə üzləşməkdə davam edirik.
Üstəlik, Azərbaycan beynəlxalq humanitar hüquq normalarını və 9 noyabr tarixli üçtərəfli bəyanatları pozaraq, siyasi manipulyasiya vasitəsi kimi istifadə edərək erməni hərbi əsirləri və mülki əhalini girov saxlamağa davam edir. Bu baxımdan, insan hüquqlarına və humanitar prinsiplərə sadiq olan beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-ə sədrliyi davamlı dəstəyi bu problemin həlli üçün vacibdir.
Azərbaycan rəhbərliyinin Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə Artsaxın erməni tarixi, mədəni və dini irsinin dağıdılması, təhqir edilməsi və şəxsiyyətinin təhrif edilməsinə yönəlmiş siyasəti də qəbuledilməzdir. Bununla bağlı biz beynəlxalq ictimaiyyətdən aydın, məqsədyönlü və davamlı cavab gözləyirik və müvafiq beynəlxalq təşkilatların Dağlıq Qarabağa cəlb olunmasının aktuallığını vurğulayırıq.
Bir daha vurğulamaq istərdim ki, Ermənistan və region üçün dinc inkişaf dövrünün açılması bizim prinsipimiz və strategiyamızdır və biz ümid edirik ki, ATƏT-in fəaliyyətdə olan sədrinin institutu ilə birlikdə ATƏT konstruktiv atmosferi təmin etmək və hərtərəfli sülh üçün şərait yaratmaq üçün alətlər dəstindəki mexanizmlərdən istifadə edəcək.