Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında Tbilisidə baş tutan görüşü alqışlayıram.
Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələri üzrə Ali Nümayəndəsi Jozep Borrell "Twitter" hesabında bildirib.
"Bu hərtərəfli həll yolunda mühüm addımdır. Aİ sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır. Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür" -, deyə paylaşımda bildirilib.