ER baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.
Baş nazir qeyd edib ki, Narışkinin səfəri Ermənistan-rusiya müttəfiqlik münasibətlərinin gündəlik məsələləri müzakirə etmək üçün daha bir yaxşı fürsətdir.
Nikol Paşinyan bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu vurğulayaraq, birgə səylərin əməkdaşlığın daha səmərəli və güclü olacağına əminliyini ifadə edib.
Sergey Narışkin səmimi qəbula görə təşəkkür edib və Ermənistan və Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verən yüksək səviyyəli siyasi dialoq faktını qeyd edib.
Həmsöhbətlər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub.