ABŞ dövlət katibi Antoni Blinken iyulun 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında Tbilisidə keçirilən görüşü müsbət addım kimi qiymətləndirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da Tbilisidə görüşərək müsbət addım atdılar. Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur,” dövlət katibi Blinken Twitter səhifəsində bildirib.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da ilk dəfə ikitərəfli formatda Tbilisidə görüşüb.