Azərbaycan Müdafiə Nazirliyinin guya iyulun 15-dən 16-na keçən gecə ER SQ-nin bölmələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq hissəsində yerləşən Azərbaycan döyüş mövqeləri istiqamətində atəş açılmasına dair yaydığı məlumat dezinformasiyadır. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Eyni zamanda, məhz Azərbaycan SQ-nin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin qeyd edilmiş hissəsində yerləşən erməni döyüş mövqeləri istiqamətində müxtəlif, o cümlədən iriçaplı atıcı silahlardan atəş açıb. Azərbaycan bölmələrinin atəşi Ermənistan tərəfinin cavab tədbirləri ilə susdurulub.