İyulun 15-də ER-nın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Vilyam Börnslə görüşüb.
Həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gələcək inkişafını müzakirə ediblər. Görüş zamanı Təhlükəsizlik Şurasının katibi regional təhlükəsizlik mühiti, mövcud çağırışlar və Ermənistanın regionda sülhün bərqərar olmasına dair yanaşmasını təqdim edib.
Bu kontekstdə tərəflər Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə danışıqlar prosesini müzakirə ediblər.