İyulun 14-də Ermənistan Respublikasının Rusiyadakı səfiri Vaqarşak Harutyunyan, Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov və Ermənistanın KTMT-dəki daimi nümayəndəliyinin ER Silahlı Qüvvələri üzrə nümayəndəsi general-mayor Artak Tonoyan Birgə Kollektiv Təhlükəsizlik Təşkilatının Baş Qərargahında olublar.
Görüşdə KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan tərəfini KTMT-yə üzv dövlətlərin kollektiv maraqlarının qorunması, təşkilatın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinə yönəlmiş kollektiv təhlükəsizlik sistemi, idarəetmə orqanları, qüvvələr və vasitələr barədə məlumatlandırıb.
Vağarşak Harutyunyan, Viktor Biyaqov və general-mayor Artak Tonoyan KTMT-nin böhrana reaksiya mərkəzində də olub.