Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan Fransa Respublikasının Milli Günü münasibətilə Fransa səfirliyində təşkil olunan tədbirdə iştirak edib.
Mher Qriqroyan öz çıxışında qeyd etdi ki, Erməni-Fransa dostluğunun çoxəsrlik tarixi var, ermənilər və fransızlar öz tarixlərinin bir çox mühüm və çətin dövrlərdə bir yerdə olublar.
“Biz heç vaxt unutmayacağıq ki, 20-ci əsrin əvvəllərində Fransa soyqırımdan xilas olunan minlərlə erməniyə qardaşlıq əli uzatdı. Ölkələrimiz arasında dostluq yüksək səviyyəli siyasi dialoqun, eləcə də bütün əsas sahələrdə səmərəli və sıx əməkdaşlığın qurulması üçün mühüm əsas oldu.
Ermənistan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında Dağlıq Qarabağ münaqişəsinin son və ədalətli həlli prosesində iştirakına böyük əhəmiyyət verir.
44 günlük Artsax müharibəsi zamanı və ondan sonra dost Fransanın göstərdiyi humanitar dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istərdim”,- deyə Mher Qriqoryan qeyd etdi.
Baş naziri müavini vurğualdı ki, yüksək səviyyəli Ermənistan-Fransa siyasi dialoqu ilə paralel olaraq, indi iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün səylər göstərilir.